• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1777
— 02.08.2018 12:50

51 yaşlı kişi qıza görə bıçaqlandı

KepezTV Player

Bərdə şəhər Ticarət Mərkəzində bıçaqlanma hadisəsi baş verib. Mağazada işləyən Yeganə Məmmədovaya qarşı mağazanın administratoru, Bərdə şəhər sakini 51 yaşlı Ülfət Həsənov əxlaqsız hərəkət edib. Məsələdən xəbər tutan Məmmədovanın qohumu, Bərdə şəhər sakini 24 yaşlı Rəhim Mamedov hadisə yerinə gələrək Ülfət Həsənovla mübahisə edib. Nəticədə gənc üzərində gəzdirdiyi bıçaqla Həsənovun bədəninin müxtəlif nayihələrinə 4 bıçaq zərbəsi vurub. Yaralı Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Rəhim Mamedov tutularaq istintaqa təhvil verilib.