• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1400
— 01.08.2018 14:36

Göygöldə təlim-məşq toplanışında olan gənc oğlanlardan ibarət boks üzrə Azərbaycan yığma komandası hazırlığı başa vurub

KepezTV Player

Dəri əlcək ustaları iki həftə müddətində yerli Olimpiya İdman Kompleksində məşq keçiblər. Millinin baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında reallaşan toplanışda 10 boksçu iştirak edib. Hazırlıq prosesində əsasən fiziki, texniki və taktiki çalışmalara diqqət ayrılıb. Sıx hazırlıq qrafiki ilə işləyən idmançılar gündə 3 dəfə məşqə çıxıblar. Toplanışın növbəti mərhələsi ölkə xaricində olacaq. Qarşıda yığmamızın üzvlərini Macarıstanda keçiriləcək dünya birinciliyi və Argentinada baş tutacaq Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunları gözləyir. Mundialda ölkəmiz 7, olimpiadada isə 2 boksçu ilə təmsil olunacaq.

 

Orxan Cəfərzadə