• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2026
— 01.08.2018 13:18

Kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkarlandı

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşun­larının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisin­dəki sər­həd zastavasının xidməti sahəsində İran ərazi­sindən qaçaqmal yolu ilə 3 bağla­madan ibarət, 6 qutuda 10 milli­qramlıq flakonlarda 2000 ədəd psixotrop tərkibli “Myd­rax” dərman prepa­ratla­rının dövlət sərhədini pozmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alın­ıb. Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonunun Gərəkli, Salban, Za­qa­tala rayonunun Maçex, Aşağı Tala, Danaçı, Muxax, Axaqdərə, Qax rayonunun Əlibəyli kəndi ərazilərindəki meşə massiv­lərin­də 13796 ədəd, ümumi çəkisi 9 ton 300 kq olan yabanı şəkildə bitən çətənə kolları da aşkarlanıb və müvafiq qaydada aktlaş­dırılaraq məhv edil­ib.Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Xudat şəhər sakini Cavid Əlimuradova məxsus evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş, yaş çəkisi 2 kq 810 qram olan 11 ədəd çətənə kolu və qara rəngli sellofan torbada ümumi çəkisi 500 qramdan artıq olan qurudulmuş marixuana aşkarlanıb. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını satmaq üçün əkib-becərdiyi bildirib. Faktla bağlı cinayət işi açılıb.