• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2074
— 31.07.2018 14:45

Oktyabrdan Gəncə şəhər Prokuroroluğu yeni binada fəaliyyətə başlayacaq

KepezTV Player

Gəncə şəhər Prokuroroluğu üçün inşa edilən inzibati binada işlər son tamamlanma mərhələsindədir. Şəhərin Şah İsmaıl Xətai prospektində yerləşən tikili zirzəmi və 4 mərtəbədən ibarətdir. Podratçı şirkət tərəfindən binanın fasad hissəsində işlər yekunlaşdırılıb. Layihəyə uyğun olaraq tikilinin daxili hissəsində istilik və havalandırma sisteminin, həmçinin komunikasiya xəttlərinin çəkilməsi aparılır. Müasir standartlara cavab verən bina üçün transvormator məntəqəsi, nasosxana, qazanaxana, lift nquraşdırılıb, yeraltı və yerüstü qaraj, idman zalı, yeməkxana və digər təyinatlı otaqlar inşa edilib. Uzun illərdir uyğunlaşdırılmış binada fəaliyyət göstərən Gəncə şəhər Prokuroroluğu bu ilin oktyabrından yeni inzibati binada işini davam etdirəcək.

Soltan Məhərrəmov - iş icraçısı: Binanın eni 22, uzunluğu 42 metirdir. Hər mərtəbənin hündürlüyü 4.50 metirdir. Ümumlikdə 5 mərtəbədən ibarətdir. Ərazidə son tamalanma işləri gedir. Layihəyə görə, hasar çoxda hündür olmayacaqdır, buda tikilinin qapalı görünüşünü kənardan aradan qaldıracaqdır. Ərazidə park salınacaq bunu üçün giriş əraziyə sərbəst olacaqdır. Sakinlər gəlib buada gəlib istirahətdə edə bilər.