• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 31.07.2018 14:57

ADAU-da 700 bal toplayan tələbə ilə görüş keçirilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi iyulun 26-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi imtahanda II ixtisas qrupu üzrə 1 abituriyent, III ixtisas qrupu üzrə isə 3 abituriyent maksimum nəticə göstərib. 700 bal toplayanlardan biri də Gəncə şəhər 27 №-li məktəb-liseyin məzunu Selcan Məmmədlidir. Onun valideynləri- Mahil Məmmədov və Maral Məmmədova Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarıdır. Qardaşı Tural Məmmədli isə universitetin tələbəsidir. Bu münasibətlə universitetdə təşkil olunan yığıncaqda universitetin rektoru İbrahim Cəfərov Selcan Məmmədlini, onun valideynlərini təbrik edib, uğurlar arzulayıb və hədiyyə təqdim edib. Birinci qəbul imtahanından 676 bal toplamağına baxmayaraq Selcan bu nəticə ilə razılaşmayıb və yenidən hazırlaşaraq ikinci imtahandan maksimum nəticə əldə edib.