• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2111
— 31.07.2018 12:17

Tövlə heyvanlarla birlikdə yandı

KepezTV Player

İsmayıllı rayonunun Qubaxəlilli kəndində yanğın olub. İsmayıl Məmmədova məxsus ümumi sahəsi 240 kv/m olan tövlə yanıb. Alovun söndürülməsi üçün əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin Ağsu, Göyçay və İsmayıllı rayon şöbələrinin 4 yanğınsöndürən avtomobili və 15 canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı 30 baş iribuynuzlu və 15 baş xırdabuynuzlu heyvan xilas edilsə də, bir neçə iribuynuzlu heyvan yanaraq tələf olub. 1200 ot bağlaması da külə dönüb. Yanğın söndürülüb, hadisənin baş vermə səbəbi araşdırılır.