• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 30.07.2018 18:55

27 yaşlı gənc narkotikə görə saxlanıldı

KepezTV Player

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxs saxlanılıb. 27 yaşlı gəncin mənzilindən külli miqdarda marixuana və psixotrop maddə aşkar olunub.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini 27 yaşlı Etibar Musayev saxlanılıb. Onun üzərinə baxış zamanı psoxotrop tərkibli həblər və maye halında olan tramadol maddəsi aşkar edilib. Əməliyyatçılar saxlanılan şəxsin kirayə qaldığı Dədə Qorqud küçəsi bina 48a, mənzil 21 ünvanına da baxış keçiriblər. Oradan 815 qram qurudulmuş marixuana, psixotrop maddələr olan 660 ədəd tramadol həbi, 50 ədəd "Lirika" və toz halına salınan müxtəlif həblər aşkar olunaraq götürülüb. Etibar Musayevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun əldə etdiyi marixuananı tanışı 26 yaşlı Famil Məhərrəmovdan aldığı müəyyən edilib.

Füzuli Şıxıyev - Kəpəz RPİ-nin bölmə rəisi: Kəpəz rayon polis idarəsinin əməkdaşları tərəfindən Məhərrəmov Famil Faiq oğlunun yaşadığı ünvana onunu qaynanası Əliyeva Nailə Aydız qızının iştiakı ilə baxış keçirilmiş və evdən 4 ədəd 1 bükümdə 380 qram, 1 bükümdə 165 qram, 1 bükümdə 115 qram, 1 bükümdə isə 185 qram olmaqla cəmi 845 qram çəkidə olan narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Hazırda Famil Məhərrəmovun tutularaq istintaqa cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Saxlanılan Etibar Musayevə gəlincə, o, ifadəsində əldə etdiyi narkotiki şəxsi istifadəsi üçün saxladığını iddia edib.

Etibar Musayev - saxlanıln şəxs: Evimdə narkotik vasitə saxladığım üçün saxlanılmışam. Dostumdan almışdım, birdə öz istəyim üçün tramadol saxlayırdım çibimdə. Satmaq niyyətim olmayıb, ancaq öz istifadəm üçün.

27 yaşlı gənc barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb, araşdırmalar davam etdirilir.