• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1543
— 31.07.2018 12:53

Ağır qəzada ailə üzvlərindən biri ölüb, 3 nəfər yaralanıb

KepezTV Player

Gəncə-Şəmkir yolunda ölümlə nəticələnən ağır qəza olub. Göygöl rayonu Quşqara kəndi ərazisində Şəmkirin Çinarlı kənd sakini, 34 yaşlı Elşən Nəbiyevin idarə etdiyi “VAZ 21011” və Gədəbəy rayon Rüstəm Əliyev kənd sakini, 24 yaşlı Günel Allahverdiyevanın sürdüyü “Mercedes” toqquşub. Nəticədə “VAZ”-ın sürücüsünün həyat yoldaşı, 31 yaşlı Ülviyyə Nəbiyeva hadisə yerində ölüb. Elşən Nəbiyev özü, eləcə də qardaşları Elçin və Elvin Nəbiyevlər xəsarətlərlə Gəncə ŞTTYX-ya çatdırılıblar. Azyaşlı Elçin daha sonra Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına göndərilib. Fakt araşdırılır.