• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 30.07.2018 14:08

Murad Süleymanov Türkiyədə keçirilən Yaşar Doğunun xatirə turnirində fəxri kürsüyə yüksəlib

KepezTV Player

Gənc güləşçi 86 kq çəkidə gümüş mükafata yiyələnib. Nizami yurdunun təmsilçisi finala gedən yolda Qazaxıstan, Rusiya və iki yerli idmançını mübarizədən kənarlaşıdırıb. Həlledici görüşdə isə Süleymanovun rəqibi ABŞ güləşçisi olub. Finalda 2:2 hesablı bərabərlik qeydə alınsa da, amerikalı güləşçi sonuncu xalı qazandığı üçün turnirin qalibi adını qazanıb. Təmsilçimiz isə yarışı ikinci pillədə başa vurub. Bu Murad Süleymanovun cari ildə qazandığı ilk mükafat deyil. O, bu il fevral ayında İranda Təxti kuboku turnirində və iyunda İstanbulda 23 yaşadək güləşçilərin Avropa çempionatında bürünc medala yiyələnib.

 

Orxan Cəfərzadə