• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 30.07.2018 12:25

Qəzalarda ölən və xəsarət alanlar var

KepezTV Player

 Otuziki kəndində qəza qeydə alınıb. Kənd sakini, 23 yaşlı Mirxalid Əzizovun idarə etdiyi “Mercedes” markalı avtomobilin qarşısına motosiklet çıxması nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan İmişli rayon Soltanmuradlı kənd sakini, 50 yaşlı Könül Əzizli, Otuziki kənd sakinləri, 50 yaşlı Gültəkin Güləliyeva, 46 yaşlı Validə Əzizova ağır xəsarətlər alaraq İmişli rayon xəstəxanasına yerləşdirliblər. Qəza zamanı sərnişinlərdən biri - Qiyas Əzizov hadisə yerində ölüb. Daha bir qəza Lənkəranda baş verib. "Mercedes" markalı avtomobilin hərəkətdə olarkən idarəetmədən çıxması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar - Masallı rayon Mahmudavar kənd sakini, 36 yaşlı Nuranə Qafarova, Lənkəran şəhər sakinləri - 44 yaşlı Azər Babayev və 38 yaşlı Şahin Əlizadə müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.