• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2316
— 30.07.2018 12:20

Dənizdə kişi cəsədi tapılıb

KepezTV Player

 Xəzər dənizinin nəzarətsiz ərazisində kişi cəsədi tapılıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə əsasən, Bakı şəhərinin Xəzər rayonunda dənizdə, ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı, nəzarətsiz ərazidə naməlum kişi cəsədi aşkar edilib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.