• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2480
— 27.07.2018 15:08

Samuxda kikboksinq üzrə açıq rayon birinciliyi keçirilib

KepezTV Player

Yarış 26 iyul Gənclər və İdman Nazirliyinin yaradılması gününə, həmçinin “Samux” Kikboksinq Klubunun fəaliyyətə başlamasının 18 illiyinə həsr olunub.

Birincilik açılış mərasimi ilə başlayıb. Rəsmi hissədə kikboksinq yarışlarının artıq illərdir ki, narkomaniya və uşaq cinayətkarlığına qarşı lozunqla keçirildiyi vurğulanıb. Bu idman növünün ölkəmizdə olduqca populyar olduğu, Azərbaycan idmançılarının hər il müxtəlif səviyyəli beynəlxalq turnirlərdə kifayət qədər medallar qazandığı qeyd olunub. Açılış mərasimindən sonra döyüşlərə start verilib. Yarışda 300 idmançı kikboksinqin loukik versiyasında ümumilikdə 50 çəki dərəcəsi üzrə mübarizəyə qoşulub. Birinclikdə uşaq, yeniyetmə və gənclər arasında 13 şəhər və rayondan 24 komandanın üzvləri qüvvəsini sınayıb. 

18 illik fəaliyyəti müddətində “Samux” Kikboksinq Klubunun idmançıları bir sıra uğurlara imza atıblar. Son olaraq klubun üzvü Elxan Əliyev bu günlərdə Londonda keçirilən peşəkar döyüşdə qələbə qazanıb.

Açıq rayon birinciliyinin yekunlarına əsasən, əldə olunan medalların sayına və əyarına görə Samux idmançıları komanda hesabında birinci olub. Gəncə ikinci, Mingəçevir üçüncü yeri tutub.

 

Azad Rəfi