• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 958
— 27.07.2018 15:13

Gənəcə qərb regionunda sahibkarlıqla məşğul olan 30-a yaxın qadına təlim keçirilib

KepezTV Player

Gənəcə qərb regionunda sahibkarlıqla məşğul olan 30-a yaxın qadına “Qeyri-rəsmi fəaliyyət göstərən sahibkar qadınların əmək münasibətlərinin rəsmiləşdirilməsinə dair praktik hüquqi dəstəyin verilməsi” adlı layihə çərçivəsində təlim keçirilir. İki günlük təlim Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir. Layihə praktiki hüquqi dəstək vermək məqsədi daşımaqla qeyri-leqal fəaliyyətin qarşısının alınması, qanunvericiliyin icrasının təmin olunması, məşğulluğun rəsmi qeydə alınmasına, VÖEN açılmasına kömək etmək, qadınların gələcək pensiya təminatı üçün zəminin formalaşdırılması, onların özlərinin sahibkarlıq faəliyyəti ilə rəsmi məşğul olmasına dəstək olmaqdır. Layihə çərçivəsində Bakı və Lənkəranda sahibkar qadınlar üçün analoji təlimlər keçirilib. Təlimdə sahibkar qadınları maraqlandıran sualları Vergilər, Əmək və əhalinin Sosial Müdafiə Nazirliklərinin əməkdaşları cavablandırıb.

Aytəkin Qədimova - sahibkar qadın: Dövlətimizə vergi barəsində, pensiya barəsində hər zaman xidmət eləməliyik. Hər bir şeyi vaxtlıvaxtında yerinə yetirməliyik. Bu tədbirdə iştirak eləmək mənə gələcəkdə biznesimi böyütmək üçün örnək bir sahibkar qadın olmq üçün çox şeyləri göstərdi.

Zemfira Ağayeva - “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri:Gələcəkdə sosialını ödəmək üçün özü özünü işlə təmin edir. Eyni zamanda məşğulluğunu inkişaf elətdirir, ailə sahibkarlığını inkişaf elətdirir. Yəni fərdi olaraq sahibkarlıq inkişaf olunur. Bu vergi ödəyicisi kimi qeydiyyata duranda dövlətin məlumatı var ki, bizim sahibkarımızdır, vergi ödəyicisidir, məşğulluğunu təmin edir. Buna görədə çox böyük ehtiyac var.

 

Elnur Vahidoğlu