• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 27.07.2018 13:29

Taksi 5 avtomobilə çırpıldı, bir neçə dövrə vuraraq aşdı

KepezTV Player

 Paytaxtın Sabunçu rayonunda yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib, iki nəfər xəsarət alıb. Hadisə Bakıxanov qəsəbəsinə gedən yolda qeydə alınıb. 34 yaşlı Tural Abdullayev sərt döngədə "Changan" markalı avtomobili yüksək sürətlə idarə edib. Nəticədə taksi fəaliyyəti göstərən maşının sol təkəri səkiyə dəyərək qırılıb. Avtomobil yol kənarında dayanan "Toyoto" , "Nissan" , "Vaz 21011" , "Azsamand" və "BMW" markalı avtomobillərə çırpılıb. Daha sonra bir neçə dövrə vuraraq aşıb. Tural Abdullayev və sərnişini 28 yaşlı Babək Hüseynov ağır bədən xəsarətləri alıblar. Hər iki şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Gəncə şəhərinin Cavad xan qəsəbəsində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər sakinləri 31 yaşlı Ramin Quliyevi və onun həyat yoldaşı 29 yaşlı Lalə Quliyevanı Sabit Rəhman küçəsi ilə hərəkətdə olarkən avtomobil vurub. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıblar. Həkimlərin tibbi müdaxiləsi ilə kişi və qadının həyatı xilas edilib. Müəlicələri davam etdirilir.

Sumqayıt şəhərində mişar daşı ilə yüklü olan "KamAZ" aşıb. Hadisə Yaşıldərə yaşayış massivində baş verib. Normadan artıq mişar daşı ilə yüklənən yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxıb və hər şey bundan sonra baş verib. Sürücü xəsarət alıb. Polis faktları araşdırılır.