• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2301
— 27.07.2018 13:40

Gənci xəstəxanalıq etdilər

KepezTV Player

Sumqayıtda gəlin ailə münaqişəsi zəminində 82 yaşlı qayınatanı döyüb. Hadisə şəhərin birləşmiş məhəlləsində baş verib. Şəhər sakini Mirağa Dadaşov ağır zədələr alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Tovuz rayonunda qohumlar arasında dava düşüb. Nəticədə hamilə qadın xəsarət alıb. Hadisə rayonun Köhnə Qala kəndində baş verib. 29 yaşlı Sevinc Allahverdiyeva qaynının qaynı tərəfindən döyülüb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Gəncə sakini 36 yaşlı Elmuraz Hümbətəliyev də zorakılığa məruz qalıb. O, döyülərək xəstəxayana aparılıb. Həkimlər yaralıya lazımi tibbi yardımı göstəriblər, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, Elmuraz Hümbətliyev Gəncə Dəmir Yolu Vağzalında tanımadığı şəxs tərəfindən döyülüb.

Goranboy rayonunda da döyülmə faktı qeydə alınıb. Rayonun Meşəli kəndində məskunlaşan, Kəlbəcərdən olab məcburi köçkün 19 yaşlı Qədir Salmanov müxtəlif bədən xəsarətlərləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıya tibbi yardım göstərilib, müalicə üçün palataya yerləşdirilib.

Zərərçəkənin sözlərinə görə, o, yaşadığı kəndin ərazisində döyülərək xəsarət alıb.