• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2035
— 26.07.2018 16:11

Gəncədə yol qəzası baş verib, ərlə arvad yaralanıblar

Hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. Kəlbəcər rayon Yellicə kənd sakindən məcburi köçkün olan 29 yaşlı Əlzamin Xudiyev idarə etdiyi NİVA markalı avtomobillə hərəkətdə olarkən yolun solunda VAZ 2106 markalı avtomobilin arxasında dayanan 68 yaşlı Musa Abbasov və onun həyat yoldaşı 54 yaşlı Elnarə Abbasovanı vurub. Şahidlərin sözlərinə görə, hadisəyə NİVA markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olub. Müxtəlif bədən xəsarətləri alan hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Şahin Quliyev - həkim: Kişiyə döş fəqərələrinin əzniyi, təpə nahiyyəsinin gematomaları qeyd olunub. Qadın xəstənin isə hər iki aşağı ətrafın yumşaq toxumaların əzilmiş, cırılmış, didilmiş yaraları var. Qadın reanimasiya şöbəsinə yerləşdirilib. Kişiyə isə ilkin yardım göstərildikdən sonra komputer tamaqrafiya olunmaq üçün onkologiya mərkəzinə göndərilib. 

 

Elnur Vahidğlu