Gəncədə 6 binada rellaşan imtahanda iştirak üçün ümumilikdə 3211 nəfər ərizəsini təsdiqlədib. Abituriyentlərə müvafiq ixtisas qrupu üzrə 125 test tapşırıqları təqdim olunub və sualların cavablandırılması üçün 3 saat vaxt ayrılıb. Prosesdə hər hansı neqativ hal yaşanmayıb. Şəffalığın təmin olunması üçün 21 imtahan rəhbəri və 246 nəzarətçi müəllim cəlb olunub. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan binalarında Xüsusi Dövlət Mühafizə Xidməti və Gəncə Baş Polis İdarəsinin əməkdaşları xidmət aparıblar. O cümlədən, əraziyə həkim briqadaları da cəlb olunub.
Fərhad Mirzəyev – imtahan rəhbəri: -“1 nömrəli məktəbdə 628 nəfər abituriyent imtahanda iştirak etməli olduğu təqdirdə, 6-sı iştirak etmir. İmtahanın nəticələrini 2-3 gün müddətində DİM-in saytından öyrənə bilərlər.
- Baxış: 780