• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2025
— 26.07.2018 13:01

Yol qəzalarında 1 nəfər öldü, 7 nəfər yaralandı

KepezTV Player

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 31 yaşlı Filman Abdullayev magistral şossenin piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu Orxan Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil vurub. Yaralı təcili yardım avtomobil vasitəsilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Orxan Məmmədov piyadanın maşının qarşısına qəfil çıxdığını bildirib. Sürücü hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili isə cərimə meydançasına yerləşdirilib. Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. "Sabunçu dairəsində" yolu keçmək istəyən 36 yaşlı Rəşad Rzaquliyevi avtomobil vurub. Yaralı yaxınlıqda yerləşən xəstəxanaya aparılıb. Şirvanda isə yük maşını azyaşlını vurub. Hadisə M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. Hərəkətdə olan “Ford” 4 yaşlı Sinan İbadova çırpılıb. Ağır kəllə-beyin travması alan azyaşlı Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.Şirvanda baş verən daha bir qəzada 3 nəfər xəsarət alıb. Şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində Salyan rayonu Qaraçala kənd sakini, 45 yaşlı Bəxtiyar Ağarzayev “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən maşın yoldan çıxıb və qaz kəmərinə çırpılaraq aşıb. Nəticədə sürücü və sərnişinləri - Qaraçala kənd sakinləri, 45 yaşlı Nazənin Ağarzayeva və 10 yaşlı Əmikişi Ağarzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. İmişlinin Qaralar kəndində isə İlham Cavadovun idarə etdiyi “Mercedes” yolun kənarında dayanan digər “Mercedes”ə çırpılıb. Nəticədə avtomobildə olan 60 yaşlı Nazimə Cavadova və onun qızı, 13 yaşlı Arəstə Cavadova müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdiriliblər. Bütün faktla araşdırılır.