• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 25.07.2018 15:36

Etibar İbrahimov “Kəpəz”in baş məşqçisi oldu

KepezTV Player

2018/2019-cu illər mövsümündə I divizionda çıxış edəcək “Kəpəz” klubunun əsas komandasına yeni baş məşqçi təyin olunub. “Sarı-göylər”i bundan sonra Etibar İbrahimov çalışdıracaq. 41 yaşlı mütəxəssis Gəncə futbolu və “Kəpəz” üçün yad sima deyil. Futbol oynamağa və məşqçiliyə doğma şəhərində başlayan İbrahimov UEFA-nın Pro lisenziyasına malikdir. O, Rusiya və Almaniya klublarında təcrübə keçib. İbrahimov aşağı yaş qrupları üzrə Azərbaycan yığma komandalarında çalışıb. Vaxtilə Hindistanın 17 yaşlılardan ibarət millisində də işləyib. Etibar İbrahimov “Kəpəz”də də iş təcrübəsinə malikdir. Belə ki, o, 2003/2004-cü ildə klubun əsas komandasında və əvəzedici heyətində fəaliyyət göstərib.   

 

Azad Rəfi