• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2069
— 25.07.2018 14:45

Qazaxda YAP-ın rayon təşkilatının 25 illiyi qeyd olunub

KepezTV Player

Yeni Azərbaycan Partiyasının Qazax rayon təşkilatının yaradılmasının 25 illiyi münasibətilə rayon fəalları partiyanın yaradıcısı və memarı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının məzarları üzərinə tər-çəklər düzüblər. Rayon təşkilatı ilk dəfə bir ərazi ilk partiya təşkilatında 100-ə yaxın üzvlə yaradılıb. Hazırda isə Yeni Azərbaycan Partiyasının rayon təşkilatı 9500-dən artıq üzvü özündə birləşdirir. Üzvlərdən 62 faizını qadınlar, 42 faziını isə gənclər təşkil edir. Bu ilin 6 ayı ərzində rayon təşkilatına 1500 nəfər üzvlüyə qəbul olunub. Çıxışlarda rayonda həyata keçirilən social-iqtisadi layihələrdən danışılıb, dahi şəxsiyyət Heydər Əliyev və partiya sədri İlham Əliyevin rayona səfərlərinin bu baxımdan əhəmiyyətinə toxunulub. Partiya sıralarına yeni qəbul olunanlara  üzvülük vəsiqələri, fəallardan bir qrupuna isə fəxri fərmanlar təqdim olunub.

 

Natiq Hüseyn