• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 25.07.2018 12:59

Sükan arxasında narkotik maddə qəbul edən sürücü tutuldu

KepezTV Player

Bakıda sükan arxasında narkotik maddə qəbul edən sürücü, Masallı sakini, 34 yaşlı İlkin Tağıyev həbs edilib. 202 saylı marşrut avtobusunu idarə edən şəxs siqaretin kağızı ilə yol boyu nə isə düzəltməyə çalışıb, qarşıya baxmadan sərnişinlərin həyatını təhlükəyə atıb. Sərnişinlər onun bu hərkətlərini təəccüblə seyr ediblər. Gənclik-Biləcəri istiqamətində sərnişindaşıma ilə məşğul olan sürücü yol polisi tərəfindən Cəfər Xəndan küçəsində saxlanılıb. Onun müvafiq sənədlərini təqdim etməməsi, eləcə də, özünü şübhəli aparması polis əməkdaşlarının diqqətindən yayınmayıb və İlkin Tağıyev tibbi müayinədən keçməyə dəvət edilib. Müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olduğuı aşkarlanıb və bu barədə pratokol tərtib edilib. Məlum olub ki, həmin şəxs aprelin 9-dan etibarən sürücülük hüququndan məhrum edilib. Onun 202 saylı marşutda müqavilə əsasında işlədiyii məlum olub. Toplanan bütün sənədlər Binəqədi Rayon Məhkəməsinə təhvil verilib. Hakim tərəfindən çıxarılan qərara əsasən, sürücü 1 ay müddətinı inzibati qaydada həbs edilib və yenidən 1 il müddətində sürücülük hüququndan məhrum edilib. Eyni zamanda, bütün bu hallara göz yuman kalon rəisi, Bakı şəhər sakini, 37 yaşlı Oqtay Qurbanov barəsində də 15 gün inzibati həbs qərarı verilib.