• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2088
— 25.07.2018 12:31

12,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlandı

KepezTV Player

DİN-in Baş Narkotiklərlə Mübariz İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Vüqar Əsgərov Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, 10 qrama yaxın metamfetamin və 10 ədəd metadon həbi götürülüb. Davam etdirilən tədbirlərlə şəxsin Sabunçu qəsəbəsindəki evindən əlavə olaraq 1 kiloqramdan artıq heroin, 118 qrama yaxın tiryək və 1 ədəd elektron tərəzi tapılıb. Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər narkotikə görə məhkum olunmuş Fariz Məmmədov 5 qram tiryəki satarkən iş başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan 25 qram tiryək, yaşadığı evdən isə 6 kiloqram 400 qram tiryək və 1 ədəd içərisində narkotik vasitənin qalıqları olan şüşə flakon aşkar edilərək götürülüb. Bundan başqa, Masallıda Öncəqala kənd sakini Elmir Məlikovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, yaşadığı evdən 460 qram marixuana tapılıb. Ucar Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Əlipaşa Nuruyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu, evindən isə 465 qram marixuana aşkar edilib.Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Sarıcalı kənd sakini Elsevər Rzayevin üzərindən marixuana çıxıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu, evindən isə əlavə olaraq 3 kiloqram 700 qram marixuana götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.