• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2098
— 24.07.2018 14:21

Fərid Savadov beynəlxalq turnirdə medal qazanıb

KepezTV Player

Gəncə karateçisi beynəlxalq turnirin mükafatçısı olub. Fərid Savadov Xorvatiyada təşkil olunan Gənclər Liqasında fəxri kürsüyə yüksəlib. Savadov kumite birinciliyində 14 yaşlılar arasında çəkisi 40 kq-dək olan idmançılar arasında fərqlənib. 6 döyüş keçirən yığma üzvü cəmi bir görüşdə məğlub olub. Xatırladaq ki, bu, Fəridin ilk belə nailiyyəti deyil. O, əvvəllər də bir neçə yarışda ölkəmizi layiqincə təmsil edərək medallar qazanıb.

 

Azad Rəfi