• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2386
— 24.07.2018 13:23

Qanunu pozanlar saxlanıldılar

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyulun 19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçmaq istəyən 36 yaşlı Pakistan vətəndaşı İqbal Mudassarın təqdim etdiyi pas­port­da saxta­laş­dırma əlamətləri aşkarlanıb, yox­lama zamanı Yunanıstana məxsus daimi yaşa­yış vi­za­sının saxta olduğu təsdiqlənib. İyulun 20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçmaq istəyən İraq vətəndaşları - 40 yaşlı Aldohuky Sherwan Bashir Yousif, 16 yaşlı AIdohuky Sahand Sherwan Bashir, 9 yaşlı Aldohuky Mohammed Sherwan Bashirin pasportlarına vurulan Almaniyaya məxsus Şengen vizalarının saxta olduğuna şübhə yaranıb və yoxlama zamanı vizanın hə­qi­qə­tən də saxta­laşdı­rıldığı təsdiqini tapıb. İyulun 21-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntə­qəsində İrandan gələn Azərbaycan vətəndaşı Salyan sakini 52 yaşlı Elçin Hüsey­­novun əl yükünə baxış zamanı psixotrop dər­man olan 100 həb “Tamol”, 20 həb “Astrodol” aşkar edilib. İyulun 22-də isə “Şıxlı” dövlət sərhədindən buraxılış məntə­qəsində Gürcüstandan gələn Qazax sakini 24 yaşlı Sərxan İsmayılovun idarə etdiyi “Mercedes”ə baxış zamanı yanacaq çə­nin­də gizlədilmiş şəkildə ümumi sayı 36402 ədəd olan 53 qutu “Superblitz” və 60 qutu “Petards” pirotexniki vasitə aşkar olun­ub. Faktlar üzrə müvafiq təd­bir­lər həyata keçirilir.