• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1882
— 24.07.2018 13:13

Qəbirstanlıqdan oğurluq etdilər

KepezTV Player

Yevlax Rayon Polis Şöbəsinə qəbirstanlıqların birində metal çəpərlərin oğurlandığı barədə müraciət daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Sadəddin Əhmədov və Mahir Məmmədov olduqları müəyyən edilib. Metal qəbulu məntəqəsinə satdıqları çəpərlərin bir hissəsi maddi sübut kimi götürülüb. Bakıda isə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Sumqayıt şəhər sakini Elvin Vəliyev “Moskviç” markalı avtomobilinin Lökbatan qəsəbəsi ərazisində qaçırıldığıı barədə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edib. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Hacıqabul şəhəri ərazisində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsi Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sükan arxasında olan rayon sakini Tərlan Ağazadə tutulub. Polis hər iki faktla bağlı araşdırmaları davam etdirir.