• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 24.07.2018 13:22

Ekskavatorun çalovu sürücünün üstünə düşdü

KepezTV Player

Lənkəranda ekskavator sürücüsü üzərinə çalovun düşməsi nəticəsində ölüb. Hadisə Girdəni çayının Havzava kəndindən keçən hissəsində çayın məcrasını dəyişmək üçün ərazidə işləyən zaman baş verib. Ekskavatorda nasazlıq yaranıb. Sürücü - 59 yaşlı Adıgözəl Bəyverdiyev problemi aradan qaldırmağa çalışıb. Elə xoşagəlməz hadisə bu zaman yaşanıb. Kişi hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Şəkidə isə 33 yaşlı kişi zəhərli sürünənin hücumuna məruz qalıb. Baş Göynük kənd sakini Məmməd Əliyev yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan onun sol ayağının baş barmağından sancıb. Kişi Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Məmməd Əliyevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Vəziyyəti orta-stabil qiymətləndirilir.