• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2510
— 23.07.2018 14:33

Gəncə "ASAN Xidmət" könüllüləri iki tamaşa səhnələşdirdi

KepezTV Player

Gəncə “ASAN Xidmət” Mərkəzinin könüllüləri tərəfindən ərsəyə gələn “Xəcalət” və “Bizim səsimiz” tamaşalarının nümayiş olub. Gəncə Dövlət Dram Teatrının səhnəsində oynanılan “Xəcalət” - bir hissəli vətən balladasının ssenari müəllifi Hüseybala Mirələmovdur.  Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan torpaqlarının 20 faizinin düşmən tapdağı altında olması, öz dədə-baba yurdlarından didərgin düşən, qaçqın həyatı yaşayan sakinlərin həyatı səhnə əsərinin əsas mövzusunu təşkil edib. Onların çəkdiyi Vətən həsrəti bir məcburi köçkünün simasında tamaşaçıya çatırılıb. Ailə daxili münaqişələr, qadına qarşı fiziki və mənəvi zorakılıq mövzusu isə “Bizim səsimiz” tamaşanın ana xəttini təşkil edib. Səhnə əsərində alkoqolizmin fəsadlarından da bəhs edilir. Ssenari müəllifi Firuzə Əliyevaya aiddir. Hər iki səhnə əsərinə rejissor Elşad Əhmədli quruluş verib.