• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 23.07.2018 14:26

Göygöldə "Bölgələrdən bölgələrə" Yaradıcılıq Festivalı keçirilib

KepezTV Player

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən "Bölgələrdən bölgələrə" Yaradıcılıq Festivalının növbəti ünvanı füsünkar təbiəti ilə seçilən Göygöl olub. “100 illik tariximiz” başlığı altında gerçəkləşən tədbirdə çadırlar qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi təşkil olunub. Layihə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı  yaradıb. Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri öz bacarıqlarını nümayiş etdiriblər. Rayon sakinləri və qonaqlar ayrı-ayrı bölgələrə aid mədəni irsi, həmin bölgənin tarixi və müasir inkişafını əks etdirən nümunələrlə yaxından tanış olublar. Tədbirdə regional idarələrin incəsənət ustalarının konsert proqramı maraqla qarşılanıb. Festival atəşfəşanlıqla başa çatıb.

Əbülfəs Qarayev - mədəniyyət naziri: Tədbirin məqsədi öz mədəniyyətmizi tanıtmaqdan ibarətdir. Bəzən qonşu rayondan o biri rayona gedirlər heç birlmirlər orada hansı tarixi abidələr var  hansı kənd təsərrüfatı məhsulları var. İnsanlar nə ilə məşğuldurlar. Bir-birimizdən daha çox xəbərimiz olmalıdır. İnsanlar xüsusi ilə də gənclər bu torpağın ən zəngin ən maraqlı məlumatlarını bilməlidirlər.

 

Natiq Hüseyn