• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2382
— 23.07.2018 14:20

Samuxda bələdiyyələr arasında ənənəvi futbol yarışı keçirilib

KepezTV Player

Samuxda Milli Qəhrəman Eltun İsgəndərovun xatriəsinə həsr olunan bələdiyylər arasında ənənəvi futbol yarışı keçirilib. 9 bələdiyyə komandası iki qrupda mübarizə aparıb. Gərgin və maraqlı keçən qrup oyunlarından sonra Qarayeri və Ağasıbəyli komandaları finala vəsiqə qazanıb. Həlledici arşılaşmada isə daha güclü olan Ağasıbəylilər turnirin qalib olub. Turnirin bağlanış mərasimində rayonda idmanın inkişafı istqiamətində görülən işlərə, ənənəvi turnirlərin asudə vaxtın səmərəli təşkili baxımından əhəmiyyətinə toxunublar. Qalib və mükafatçılar kubok, medal və mükafatlar təqdim olunub.

Xaləddin İsgəndərov - Milli Qəhrəmanın atası: Bu yarış hər il keçiirlir. Yarışların təşkili həm şəhidlərimizin daim yaddaşlarda yaşamasına həmdə idmanın inkişafına xidmət edir. Mən bir Milli Qəhrəman atası kimi bu yarış təşkil edənlərə minnətdarlığımı bildirirəm.

 

Natiq Hüseyn