• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 23.07.2018 12:59

Qətl törədən 5 nəfər saxlanıldı

KepezTV Player

Abşeronda qətl törədən 5 nəfər saxlanılıb. İyulun 19-u saat 1 radələrində Bakı şəhər sakini Fərid Qurbanov bədəninin kəsilmiş-deşilmiş xəsarətləri ilə Nübar qəsəbəsi ərazisindən xəstəxanaya gətirilib və orada ölüb. Bundan sonra polis və prokurorluq orqanları əməkdaşları müvafiq tədbirlərə başlayıblar. Faktla bağlı cinayət işi açılıb. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Qurbanovu deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.

İyulun 16-da Kürdəmir rayonunun Pirili kəndi ərazisindəki fermaların birində 5 yaşlı Murad Bayramovun atdan yıxıldığı, aldığı xəsarət nəticəsində iyulun 21-də öldüyü barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hüququ mühafizə orqanları əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat tədbirləri nəticəsində uşağın ögey atası, fermada yaşayan və işləyən, əvvəllər məhkum olunmuş Abdulla Abdullayev tərəfindən ağac parçası ilə döyüldüyü və aldığı xəsarətlərdən öldüyü müəyyən edilib. Abdullayev tutulub.

Qazaxda bıçaqlanma olub. Şəhərdə kirayə yaşayan Bakı şəhər sakini, 30 yaşlı Əli Əlimuradov münaqişə zəminində kürək nahiyəsindən bıçaqlanıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Ə. Əlimuradov tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyib. Polis faktı araşdırır.