• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 828
— 23.07.2018 12:57

Şəkidə 3 nəfər at və itin hücumuna məruz qalıb

KepezTV Player

Şəkidə iki nəfəri it, bir nəfəri isə at dişləyib. Rayonun Orta Zəyzid kənd sakini, 48 yaşlı Mərziyə Manafova sağ əlinin, rayonun İncə kənd sakini 57 yaşlı Kişbər Həşimova sol ayağın bud nahiyəsinin it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Rayonun Birinci Biləcik kənd sakini, 52 yaşlı Asim İslamov ailəsinə məxsus bağ torpağında atla iş görən zaman at onun sağ kürək və sol çinin nahiyəsindən dişləyib. Həmin şəxs də xəstəxanaya yerləşdirilib. Hər 3 şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Tovuz sakini isə həyətində elektrik mişarı ilə iş görən zaman özünə xəsarət yetirib. Göründüyü kimi Əyyublu kənd sakini 24 yaşlı Elmar Bədəlovun ehtiyatsızlığı ona baha başa gəlib. Döş qəfəsindən xəsarət alan gənc xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib və vəziyyətinin normal olduğu bildirilir.