KepezTV Player
Göyçay rayonunda təşkil edilən toy mərasimində qidalanmadan sonra qonaqlar arasında halı pisləşənlər olub. Şəhadət Qarabağlar kənd sakini Şirvan Cəfərovun nəvəsi üçün restoranlardan birində təşkil etdiyi sünnət toyunda müxtəlif çeşiddə meyvə şirələri təqdim edilib. Bu içkilərdən içən qonaqlardan 14 nəfərinin halı qəflətən pisləşib. Onlardan 9-u böyük, 5-i isə uşaqdır. Xəstələr Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlarda qusma və ishal əlamətləri olduğu üçün kəskin eqzogen qastrit diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 566