• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2151
— 20.07.2018 15:55

Bakıda parkdan 72 ədəd fəvvarə stəkanı oğurlanıb

KepezTV Player

İyulun 18-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə rayon ərazisindəki parkların birindən 10000 manat dəyərində 72 ədəd fəvvarə stəkanının oğurlanması barədə müraciət daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıbr. Araşdırmalarla onların Sumqayıt şəhər sakini Qabil Kərimov və Bakı şəhər sakini Ümid Məmmədov olduqları müəyyən edilib.Fəvvarə stəkanlarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.Faktla bağlı cinayət işi başlanılıb.