• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 838
— 19.07.2018 15:55

Gənc boksçular Göygöldə hazırlaşırlar

KepezTV Player

Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Komandamız bu dəfə Göygöldə bir araya gəlib.

Yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında baş tutan toplanışa 10 boksçu qatılıb. Hazırlığın bu mərhələsi gələn həftəyədək davam edəcək. Toplanışda əsasən fiziki, texniki və taktiki çalışmalara üstünlük verilir. Dəri əlcək ustaları məşqçilər korpusunun tapşırığına uyğun olaraq gündə 3 dəfə məşq edir. Toplanışın növbəti mərhələsi ölkə xaricində olacaq. Boksçular Rusiyada hazırlaşacaq. Qarşıda yığmamızın üzvlərini Macarıstanda keçiriləcək dünya birinciliyi və Argentinada baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunları gözləyir.

Azad Rəfi