• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 19.07.2018 15:52

Göygöl xəstəxanası ilan zəhəri əlehinə zərdablarla tam təmin edilib

KepezTV Player

Son bir neçə gündə ölkə ərazilərində ilansancmaların sayı artıb. Mütəxəsislər bunu  havaların kəskin isti keçməsi ilə əlaqələndirir. Belə hava şəraiti sürünənlər üçün əlverişli hesab edilir. Və onlar gizləndikləri yerlərdən çıxaraq yer üstündə gəzməyə başlayırlar. Bu da öz növbəsində insanları ilansançma təhlükəsi ilə üz-üzə qoyur. Xüsusən də kəndlərdə əkin biçinlə məşğul olan insanlar daha çox sürünənlərin hücumuna məruz qalırlar. Hazırda  əkin sahələrində işlərin qızğın vaxtı olduğundan zəhərli canlıların insanlara hücumu da çoxalıb. Aqrar rayon olan Göygöldə bununla bağlı tədbirlər görülüb. Rayon Mərkəzi Xəstəxanası ilan əlehinə zərdablarla təmin olub. Ötən ildən fərqli olaraq bu il hələlik qeyd olunan canlıların dişləməsi ilə əlaqədar xəstəxanaya  müraciət  olmayıb.

Elşad Muradov Göygöl RMX-nın baş həkimin müavini:Çox vaxt vətəndaşlar bizə əllərdə və ayaqlarda ilansancma travması ilə müraciət edir. Buda onu göstərir ki, onlar hansısa bir sahəyə əyaqyalın və qoruyucu vasitələrdən, əlcəklərdən istifadə etmədən çıxırlar. Və ona görədə belə hallar baş verəndə travmanın sahəsidə böyük olur. Təbii ki, belə olduqda çətinlikdə çox olur. Birinci növbədə vətəndaşlar bu məsələyə diqqət etməlidirlər. Hal-hazırda bizim xəstəxanada yetərli qədər ilan zəhəri əlehinə zərdab ehtiyyatımız var.