• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 19.07.2018 15:49

Tədqiqatlar və nəticələrin kənd təsərrüfatında təbiqi müzakirə edilib

KepezTV Player

Bu gün Azərbaycanda Kənd Təsərrüfatı öz inkişafında yeni bir mərhələyə qədəm qoyub. Bu sahədə elmi naliyyətlərin geniş tətbiqi məhsuldarlığın aratırılmasına səbəb olub. “Aqrar Elm Sahəsində İnnovativ yönümlü tədqiqatlar və nəticələrin kənd təsərrüfatında təbiqi” mövzusunda keçirilən elmi nəzəri konfransda bu istiqamətdə keçirilən tədbirlərin elm və təhsilin inteqrasiyasındaki rolundan, aidiyyatı olan elmi tədqiqatlar institutları ilə ADAU arasında sıx əməkdaşlıqdan, aqrar tədqiqatlar sahəsində aparılan elmi işlərdən, yüksək ixtisaslı gənc kadrların hazırlanmasında əldə olunan uğurlardan danışılıb. Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından kənd təsərrüfatının ölkə iqtisadiyyatının əsas strateji sahələrindən birinə çevrildiyinə diqqət çəkilib.

Elmi nəzəri konfransda yalnız ən müasir səviyyədə innovativ yönümlü elmi tədqiqatların aparılması və elmi nəticələrin tətbiqinin kənd təsərrüfatının sürətli inkişafını təmin edə biləcəyi qeyd olunub. Aqrar Elmdə qazanılan nəticələrin və innovasiyaların kənd təsərrüfatında tətbiqindən danışılıb.

Konfransda qabaqcıl texnologiyaların və innovativ metodların təsərrüfatlarda tətbiqinin əhəmiyyəti yüksək qiymətləndirilib. İnnovativ texnologiyalar Aqroparkının yaradılmasının vacibliyi əsaslandırılıb.