• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1119
— 19.07.2018 15:21

Qaxda iki nəfəri it dişləyib

KepezTV Player

Qaxda iki nəfəri it dişləyib. Rayonun Turaclı kənd sakini, 54 yaşlı Tofiq  Nadirov və rayonun Üzümlü kənd sakini 64 yaşlı Gülarə Ağamiyeva it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar. Müayinə zamanı Tofiq Nadirovun sağ ayağının baldır, Gülarə Ağamiyevanın isə hər iki əlini it dişlədiyi məlum olub. Onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.