• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 19.07.2018 15:18

Bakıda turist icarəyə götürdüyü avtomobillə qəza törədib

KepezTV Player

Bu gecə Bakı şəhəri Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. Bəhreyn vətəndaşı Səid Həsən kirayə götürdüyü "KİA" markalı avtomobillə Abbasqulu Ağa Bakıxanov küçəsində orta yolla hərəkətdə olarkən, qəfil sola dönmə əməliyyatı edib. Bu zaman sol yolla hərəkət edən "Nissan" "KİA" ya çırpılıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb.  Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.