• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2522
— 19.07.2018 15:17

Şəmkirdə baş verən qəzada 3 nəfər xəsarət alıb

KepezTV Player

Ötən gün axşam saatlarında Bakı-Qazax magistarlının Şəmkir şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. “Mercedes” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər 48 yaşlı Mehman Bəndəliyev, 52 yaşlı Teymuraz Qocayev və 35 yaşlı Xəyal Novruzov müxtəlif bədən xəsarətləri alıblar. Hər üç yaralı Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta-ağır, birinin isə normaldır. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.