• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 18.07.2018 14:05

Nardaran sakininin evində silah aşkarlandı

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçılarına  Nardaran qəsəbə sakini Rəsul Ələkbərovda qanunsuz olaraq silah olması barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman dəhlizin döşəməsinin alt hissəsində 1 ədəd “Ortsan” modelli qundağı ilə lüləsi kəsilmiş tüfəng aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silahın ona məxsus olduğunu, 2013-cü ildə tapdığını və həmin vaxtdan özündə saxladığını etiraf edib.

Faktla  bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.