• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 18.07.2018 14:03

Ahıl qadının pulunu və telefonunu oğrlayan əvvəlki məhkum saxlanıldı

KepezTV Player

Paytaxtın Nizami rayonunda ahıl  qadına qarşı soyğunçuluq edilib. Zərərçəkən naməlum şəxsin ona qarşı zor tətbiq edərək əlindəki içərisində 68 manat və bir ədəd mobil telefonu olan çantasını götürərək hadisə yerindən qaçdığını bildirib. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər dəfələrlə məhkum olunan Qabil Hacıyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Polis əməkdaşları soyğunçuluqetməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.