• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 18.07.2018 13:58

Avtobusla minik maşının toqquşması nəticəsində sürücü öldü

KepezTV Player

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub.Hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb.“Nissan X trail” markalı minik maşını ilə “Hyundai” markalı sərnişin avtobusunun toqquşması nəticəsində minik maşının sürücüsü hadisə yerində ölüb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalan sürücü, 26 yaşlı Məmmədəli Bayramovun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. İlkin məlumata görə, “Nissan” markalı avtomobil ötmə əməliyyatı zamanı avtobusa çırpılıb. Avtobusla minik maşının toqquşması nəticəsində xəsarət alanlardan 6 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına,  2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.