• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2335
— 18.07.2018 13:59

Hacıqabul sakini bacısının ərini bıçaqlayıb

KepezTV Player

Hacıqabul rayonunda bıçaqlanma olub.Hadisə gecə saatlarında rayonun Talış kəndində qeydə alınıb. Kənd sakini, 39 yaşlı Yaşar Hüseynov sərxoş vəziyyətdə bacısının həyat yoldaşını, həmin kəndin sakini olan 45 yaşlı Zaur Yusifovu bıçaqlayıb.Bel nahiyəsindən bıçaq xəsarəti alaraq çoxlu qan itirən Z. Yusifov Şirvan şəhər xəstəxanasına yerləşdirilib, əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.Yaşar Hüseynov isə saxlanılıb.