• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1892
— 17.07.2018 18:14

Vüqar Rəsulov beynəlxalq turnirin qalibi olub

KepezTV Player

Gəncəli şahmatçı Vüqar Rəsulov Türkiyədə beynəlxalq turnirdə qüvvəsini sınayıb. Kurort şəhəri kimi məşhur olan Çeşmədə reallaşan yarış 3 kateqoriyada keçirilib və 16 ölkədən 727 iti zəka sahibi iştirak edib. Qardaş ölkədə yenə uğurlu oyun nümayiş etdirən Rəsulov turnirin qalibi olub. O, həm klassik şahmatda, həm də blitsdə baş mükafatı qazanıb. Vüqar ənənəvi şahmatda 6,5 xal toplayıb. Həmyerlimizin hesabına 5 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət yazılıb. Xatırladaq ki, Rəsulov ötən il anoloji turnirin gümüş mükafatçısı olmuşdu.

Azad Rəfi