• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 17.07.2018 18:10

Imam Hüseyn şəhəri olan Gəncədə baş verən hadisə terrordur

KepezTV Player

İmam Hüseyn şəhəri olan Gəncədə baş verən hadisə terrordur və burada olması bizi məyus edir. Bu ölkənin ümumi inkişafını istəməyən düşmənlərin məqsədyönlü şəkildə atdığı addımlardır. Gəncədə dövlət nümayəndələrinə açılan atəş, polisə edilən hücum əslində dövlətçiliyə qarşı yönəlib. Şəhid polislərin anım mərasimində iştirak edən bütün qafqazın şeyxi hacı Allahşükür Paşazadə belə deyib. Din xadimlərinin bu məsələdə yekdil olaraq hadisələri pisləməsini terrorun islamla bağlılığının olmadığını bir daha ortaya qoyduğunu diqqətə çatdırıb. Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı isə krimanl elementlərin din pərdəsi arltında Gəncədə törətmək istədikləri iğtişaşların baş tutmamasını xalq-iqtidar birliyinin vəhdətindən irəli gəldiyinə diqqət çəkib. Mövcud dövlət-din münasibətlərinin, multikultural mühitin dünya birliyi tərəfindən təqdir olunduğunu vurğulayıb. “Gəncədə törədilməsinə baxmayaraq bu cinayətin şəhər əhalisi tərəfindən dəstək almadı, cinayətkarlara birmənalı olaraq yox deyildi” – deyən komitə sədri milli dəyərlərin üstün tutularaq ictimai sabitliyin qorunması və inkişafadəstək nümayiş etdirildiyini önə çəkib.