• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 17.07.2018 14:07

Sahədə işləyən kişini ilan sancdı

KepezTV Player

Zaqatalada 57 yaşlı kişini ilan sancıb. Bu gün səhər saat 7 radələrində rayonun Aşağı Tala kənd sakini, 57 yaşlı Mustafa Hacıyev ilan sancması xəsarəti ilə Zaqatala Rayon Mərkəzi  Xəstəxanasına gətirilib. Kişini Aşağı Tala kənd inzibati ərazisində tütün sahəsində işləyən zaman ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb. Mustafa Hacıyevə lazımi tibbi yardım göstərilib,  ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır. Hazırda xəstənin vəziyyəti stabildir.