• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1616
— 17.07.2018 14:14

Avtomobil aşdı, sürücü xəsarət aldı

KepezTV Player

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Stansiya yaşayış massivinin ərazisində qeydə alınıb. Masallı rayon sakini, 39 yaşlı Rabil Bağışov idarə etdiyi “Qazel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.