• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2422
— 17.07.2018 14:58

İsmayıllı sakininin ehtiyyatsızlığı ölümə səbəb oldu

KepezTV Player

 İsmayıllı rayonunda bədbəxt hadisə baş verib. Rayonun Lahıc qəsəbə sakini, 51 yaşlı Məmmədağa Allahyarov yük avtomobilinə ot yığarkən ehtiyatsızlıqdan yerə yıxılıb. Ağır kəllə-beyin travması alan şəxs təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasınının reanimasiya şöbəsinə çatdırılsa da, orada həyatını xilas etmək olmayıb.