• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 990
— 17.07.2018 13:55

22 yaşlı oğlan yolda bıçaqlandı

KepezTV Player

Yasamal rayonunda gənc oğlan tanımadığı şəxs tərəfindən ağır xəsarət alıb. Hadisə Şamaxinka kimi tanınan ərazidə baş verib.22 yaşlı Sadiq Orucov  sözügedən ərazidən piyada keçərkən naməlum şəxs ona yaxınlaşaraq pul tələb edib. S.Orucov pulunun olmadığını bildirib. Naməlum şəxs ona əvvəlcə bıçaqla hədə-qorxu gəlib. Bu vaxt tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə S.Orucov bıçaqlanıb. Hadisəni törədən şəxs isə ərazidən qaçaraq uzaqlaşıb.Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə zərərçəkmiş əməliyyat olunub. Hazırda şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.