• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 16.07.2018 14:00

Qəzalar yenə candan etdi

KepezTV Player

Cəlilabad rayonunda yük maşını dərəyə aşıb. Hadisə rayonun Məşədilər kəndində qeydə alınıb. Rayon  sakini, 53 yaşlı Məmməd Nuriyev idarə etdiyi “QAZ-3321” markalı, yük maşınını dərəyə aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən ölüb.

Mingəçevirdə piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. Yaralı piyadalardan biri xəstəxanada keçinib.Belə ki, “Mercedes” markalı maşın yolu keçmək istəyən 4 piyadanı vurub. Onlardan ikisi qadın biri kişi biri isə azyaşlı körpədir. Şəhərin bayraq meydanında avtomobil tərəfindən vurularaq ağır xəsarət alan 32 yaşlı şəhər sakini Gülnar Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb. Yolu keçmək istəyənlərin bir ailənin üzvləri olduğu deyilir.

Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində isə Bakı şəhər sakini Turan Məmmədova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülnarə Hüseynovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Siyəzən rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bakı şəhər sakini Sevda Kərimova “Nissan” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb.Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürcünün bacısı Zəhra Xələfova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb. Amil Qarayevin idarə etdiyi “Mercedes” markalı maşın idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn Yusif Quliyevin idarə etdiyi eyni markalı maşınla toqquşub. Qəza nəticəsində Y. Quliyev və onun idarə etdiyi maşında olan sərnişinlər, həyat yoldaşı Təranə Quliyeva, 16 və 6 yaşlı övladları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Şirvanda baş verən qəza zamanı sərnişin xəsarət alıb. Hadisə ötən gün günorta saatlarında Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.Sürətlə hərəkətdə olan “BMW” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomaşın yoldan çıxaraq aşıb. Yaşıllıq zolağına  çırpılan avtomobillər 4 ədəd çoxillik şam ağacını kökündən çıxarıb.“Opel” markalı avtomobildə olan sərnişin Hacıqabul sakini, 53 yaşlı İlham Həsənov xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Göygöl şəhərində isə 2 avtomobilin toqquşması 2 nəfərin xəsarəti ilə nəticələnib."VAZ-2106" markalı avtomobillə "VAZ-21099" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər, Ruslan Mehdiyev və Teymur Musayev xəsarət alıb. Hər iki şəxsin vəziyyətinin normal olduğu bildirilir.Bütün qəza faktlarının baş vermə səbəbləri araşdırılır